Xəbər lenti
Azərbaycan ordusunun bölmələri iyunun 17-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın şəhərinə daxil olub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə AzTV eksklüziv görüntülər paylaşıb.

Görüntülərdə Azərbaycan ordusunun Laçın şəhərinin mərkəzində hərəkət etdiyi əks olunur.

Qeyd edək ki, bu gün bir sıra erməni KİV-lərində yayılan məlumatlara görə, iyulun 1-dən Laçın şəhəri, Zabux və ermənilərin vaxtilə qanunsuz olaraq məskunlaşdığı və hələ də yaşadığı daha bir neçə kənd Azərbaycan ordusunun nəzarətinə qaytarılacaq.

Xatırladaq ki, bu ayın sonlarında Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yolun istifadəyə verilməsi gözlənilir. Bu isə Laçın dəhlizinin də Azərbaycan ordusunun nəzarətinə veriləcəyi və bağlanılacağı deməkdir.

Qeyd edək ki,üçtərəfli bəyanata əsasən, yeni hərəkət marşrutu hazır olduqdan sonra Laçın dəhlizi boyunca dayanan Rusiya sülhməramlı kontingentinin də yerdəyişməsi həyata keçiriləcək. Onlar müvəqqəti olaraq Laçın şəhərindən yan keçən yeni marşrut xətti üzrə yerləşəcəklər.


Ana səhifəyə qayıt        Baxış: 3 935          Tarix: 17-06-2022, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma