Xəbər lenti

"Nüvə müzakirəsindən qaçmayacağıq"

İran prezidenti İbrahim Rəisi paytaxt Tehrandakı Əz-Zəhra Universitetində ABŞ ilə aparılan nüvə danışıqları ilə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronla Nyu-Yorkda nüvə müzakirələri ilə bağlı apardığı söhbətə də toxunan Rəisi deyib:

“Makronla Nyu-Yorkda görüşümdə ondan nüvə danışıqları ilə bağlı tələblərimizdən hansının əsassız olduğunu söyləməsini xahiş etdim. O, görüşümüzdən sonra tələblərimizin ağlabatan və müdafiə oluna biləcəyini söylədi".

ABŞ ilə nüvə razılaşmasından asılı olmadıqlarını ifadə edən İran lideri nüvə müzakirəsindən qaçmayacaqlarını bildirib:

“Ölkəmizin gələcəyini Qərb liderlərindən asılı görmürük. Bununla belə, biz heç vaxt danışıqları istisna etməmişik”.

İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərin universitetlərə yayılmasından da danışan Rəisi düşmənin universitetlərdən istifadə etməsinə icazə verməyəcəklərini bəyan edib:

“Tələbə və müəllimlərimiz düşmənin xəyallarının həyata keçməsinə imkan verməyəcəklər".

Nigar Cəfərli




Ana səhifəyə qayıt        Baxış: 3 183          Tarix: 9-10-2022, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma