Xəbər lenti

İranda molla rejiminə qarşı etiraz aksiyaları davam etsə də, hakimiyyət insan haqlarını tapdalayan siyasətindən əl çəkmir.

Bütün bunlar dünyada yaxından izlənilir və hər gün Qərbdə müxtəlif şəxs və təşkilatlar tərəfindən açıqlamalar yayılır.

Musavat.com ötən gün ABŞ-dan verilən reaksiyalardan bəzilərini təqdim edir:

Demokrat senator Bob Mendez: “Avropa ölkələri ABŞ kimi SEPAH-ı terror təşkilatı kimi tanımalıdır. SEPAH dünyada bombardmanlar, raket hücumları, silah qaçaqmalçılığı, sui-qəsdlər və intiharçı dronların yayılmasına görə məsuliyyət daşıyır”.

Demokratiyaların Müdafiəsi Fondunun baş müşaviri Riçard Qoldberq: “ABŞ Konqresi Robert Malinin İranın BMT-dəki səfiri ilə görüşü ilə bağlı xəbərləri tam şəkildə araşdırmalıdır və bu hərəkətdə əli olan hər kəs cavab verməlidir. Bu məqamda bütün amerikalılar bu “İran xalqına gizli xəyanəti” pisləməlidirlər”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays, SEPAH-nin təhdidlərinə qarşı mübarizədə Avropa ilə əməkdaşlığı vurğuladı və deyib ki, SEPAH-ın günahsız insanların həyatına son qoymaq kimi alçaq istəyini açıq şəkildə nümayiş etdirib. O, əlavə edib ki, beynəlxalq arenada İslam Respublikasından daha qəddar terror ixracatçısı yoxdur.

Avropa Parlamentinin İranda etiraz aksiyalarının yatırılması və insan haqlarının pozulması ilə bağlı qəbul etdiyi qətnamədə Əli Xamenei və İbrahim Rəisi və onların ailələrinə qarşı sanksiyalar tətbiq edilib.

ABŞ Dövlət Departamentinin keçmiş müavini Robert Cozef: “İslam Respublikasının nüvə təhlükəsi ilə mübarizə aparmağın yeganə yolu İranda demokratik respublika qurmaqdır. İranda baş verən hadisələrin adı İnqilab və İslam Respublikası bitdi”.

Avropa Parlamenti düşməncəsinə hərəkət edərək, İran SEPAH-nın Avropa Birliyinin terrorçular siyahısına daxil edilməsini tələb edən anti-İran qətnaməsi qəbul edib.




Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: 20-01-2023, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma