Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya gözlənilən səfəri və rusiyalı həmkarı Sergey Lavrovla danışıqları öncəsi mətbuata açıqlama yayıb.

Musavat.com Rusiya XİN-in rəsmi saytına istinadən xəbərin verir ki, açıqlamada deyilir: “Martın 20-də Rusiya Federasiyasının xarici işlər naziri S.V.Lavrov Moskvaya işgüzar səfərə gedəcək Ermənistan Respublikasının xarici işlər naziri A.S.Mirzoyan ilə danışıqlar aparacaq. Qarşıdan gələn görüş Moskva ilə İrəvan arasında bütün səviyyələrdə ənənəvi sıx təmasların davamıdır.

Nazirlər Rusiya-Ermənistan əməkdaşlığının hazırkı vəziyyətini və onun inkişafı üçün gələcək addımları, o cümlədən Rusiya və Ermənistan liderlərinin 19 aprel 2022-ci il tarixli Birgə Bəyanatının müddəalarının icrası çərçivəsində müzakirə etməyi planlaşdırırlar.  

Xarici İşlər nazirliklərinin rəhbərləri Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və oktyabrın 31-də əldə edilmiş razılaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi prizmasından regional gündəliyə ətraflı toxunacaqlar.  

Ümumi inteqrasiya birliklərində - MDB, Aİİ və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri, həmçinin müxtəlif universal beynəlxalq platformalarda, ilk növbədə, BMT-də fəaliyyətlərin əlaqələndirilməsi nəzərdən keçiriləcək.

İki ölkənin Xarici İşlər nazirlikləri tərəfindən ilk dəfə olaraq hazırlanmış “Rusiya Federasiyası və Ermənistan Respublikası: 30 illik müttəfiqlik qarşılıqlı fəaliyyəti” üç cildlik Rusiya-Ermənistan müqavilə və sazişlər toplusunun təqdimatı keçiriləcək”.

XİN-in məlumatında vurğulanır ki, Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən biridir, Cənubi Qafqazda strateji tərəfdaşdır: “Tarixə köklənmiş möhkəm dostluq ənənələrinə, xalqlarımızın dəyişməz rəğbətinə və yaxınlığına əsaslanan Moskva və İrəvan çoxşaxəli etimad münasibətləri qurublar. Biz 200-dən çox sənədi özündə birləşdirən müqavilə-hüquqi bazanı təkmilləşdirməyə davam edirik. Biz onların inventarları üzərində sistemli şəkildə işləyirik” deyə, məlumatda bildirilir.

Məlumatda daha sonra  ən yüksək və yüksək səviyyələrdə dialoqa və müxtəlif sahələrdə Rusiya-Ermənistan əməkdaşlığına dair məlumatlar yer alır. 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dekabrın 23-də Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdən imtina etməsi müzakirələrə səbəb olmuşdu. Nikol Paşinyan martın 14-də jurnalistlərlə görüşündə bu məsələyə toxunub və bildirib ki, Mirzoyan görüşə getməyib, görüş obyektiv vəziyyətlərə görə təxirə salınıb və həmin günlərdə nazirin Ermənistanda olması “həyati zərurət” olub. Görüşdən imtina edən Mirzoyanın guya ipoteka krediti ilə ev alması səbəbindən Moskvaya getmədiyi bildirilirdi. Ermənistan nəşrləri də bugünlərdə yazıb ki, xarici işlər naziri Ararat Mirzoyan hələ 2022-ci ilin dekabrında Kotayk vilayətinin Kasax kəndində kreditlə yeni malikanə alıb. Malikanənin kadastr sənədlərində Ararat Mirzoyanın şəxsən imzaladığı bank, satıcı və alıcı arasında bağlanmış ipoteka müqaviləsi də olub. Müqavilənin imzalanma tarixi 2022-ci il dekabrın 23-ü, yəni üç xarici işlər nazirinin Moskvada görüşməli olduğu gün kimi qeyd olunub.

Hər halda, Mirzoyanın Azərbaycanla dialoqdan yayınmaq üçün daha belə bir bəhanəsi qalmayıb…




Ana səhifəyə qayıt        Baxış: 2 614          Tarix: 19-03-2023, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma