Xəbər lenti

Şimali Koreya bu il Rusiya ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Şimali Koreya və Rusiya arasında əldə olunan razılaşmaya əsasən, Pxenyan bir neçə növ pilotsuz uçuş aparatının (PUA) hazırlanması üçün texniki dəstək alacaq.

Bunun qarşılığında isə Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək məqsədilə əsgərlər göndərəcək.

Bundan əvvəl Şimali Koreyanın Rusiyaya artilleriya mərmiləri və raketlər tədarük etdiyi bildirilirdi. Həmçinin, ötən ilin oktyabr ayında Rusiyaya 10-12 min Şimali Koreya hərbçisinin göndərildiyi qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 963          Tarix: Bu gün, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma