Xəbər lenti

Aprelin 23-də Azərbaycanın “birtərəfli və razılaşdırılmamış” hərəkətləri nəticəsində Laçın dəhlizi ilə avtomobillərin hərəkəti dayanıb, Rusiya sülhməramlıları komandanlığı Bakı ilə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-in Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında bazar ertəsi yaydığı bülletendə deyilir.

“2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində nəqliyyatın hərəkəti bağlanıb, Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - məlumatda deyilir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Dövlət Sərhəd Xidməti bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda qeyd edilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.




Ana səhifəyə qayıt        Baxış: 3 540          Tarix: 24-04-2023, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma