Xəbər lenti

Builki “Bakı Enerji Həftəsi” həddindən artıq ehtiyac duyulan yaşıl enerjinin diversifikasiyasının yedəyində eksklüziv dəyər qazanır.

ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbir münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublar Bakı ilə Qərbin iki nəhəngi arasındakı strateji tərəfdaşlığın yüksəlməsi prosesində diqqətdən kənarda qala bilməz.

Böyük Britaniya qlobal sərhədlərdəki ambisiyalarını məftunedici saxlamaqdan ötrü fərqli bir metoda keçib. O, təhlükəsizliklə enerji siyasəti harmoniyasının bazasında rəqabətli dünya modelini formalaşdırır.

İndi bərpa olunan enerji ilə bağlı çağırışlar mövcuddur, Böyük Britaniya da, ABŞ də, Çin də başa düşürlər ki, gələcəkdə öz oxlarına inteqrasiya etdirmək üçün yaşıl enerji amilindən yararlanmaq lazımdır.

ABŞ-Böyük Britaniya müttəfiqliyi qlobal çağırışların həllində kompleks yanaşmaya yaşıl enerji dəhlizlərini əlavə edir, resursları və təhlükəsizlik arxitekturasını həmin modeldə qurur.

Artıq yaşıl enerji silahlardan istifadə etmədən çəkindirici bir gücə çevrilir, Azərbaycanın da bu mənada Avropaya ənənəvi resurslarla yanaşı, alternativ enerji ixracı planları Vaşinqton-London tandemi tərəfindən yüksək qiymətləndirilir.

Geostrateji mübarizələrin yumşaq tətbiqləri olan iqlim dəyişikliyinə qarşı mübarizədə monopoliya yaradan tərəflərin tərəzisində Azərbaycanın ağırlığı artır.

Azərbaycanın enerji xəritələrindəki klassik və neoüslubdakı rolu NATO-nun iki böyük gücü olan ABŞ-Britaniya ikilisinin gözündə bu ölkə ilə təhlükəsizlik, müdafiə sahəsindəki əməkdaşlığı stimullaşdırır. 

Yaşıl qlobal iqtisadiyyat artıq təklif yox, tələbatdır, dünyanın ən böyük, ən qabaqcıl iqtisadiyyatlarına malik olan dövlətlərdən tutmuş biznes strukturlarına qədər geniş sferada hərəkət tələb edir.

Azərbaycan bu çərçivəyə qoşulub, dünyanın yaşıllaşması üçün “missionerlik” edən Britaniya şirkətləri üçün regionda yeni üfüqlər açılıb, Londonun xarici siyasətinin “sağ əli” olan bp şirkətinin Bakı ilə əməkdaşlıq sferasını genişləndirib.

Rişi Sunakın məktubundakı enerji təhlükəsizliyi məsələsinin qabarıq göstərilməsi Londonun Bakıya bundan sonra verə biləcəyi dəstək çərçivələrini göstərir.

Cozef Baydenin məktubu isə enerji təhlükəsizliyi və müdafiə təhlükəsizliyi üzrə aspektləri bir nöqtəyə gətirir, hərçənd ki, Britaniya Azərbaycanın bütün sahələr üzrə təhlükəsizliyi məsələsinə elə ABŞ-dən də böyük önəm verir...

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 3 145          Tarix: 31-05-2023, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma