Xəbər lenti

Paşinyan iqtidarında daxili vəziyyət gərgin və qeyri-sabitdir. Nikol Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə istefalar gözlənilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

“İrəvan meriyasına seçkilərdən sonra öz vəzifələri ilə vidalaşacaq ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Hakom Simidyan hazırda diqqət mərkəzindədir.

Hökumətdə yayılan söhbətlərə görə, Nikol Paşinyan bununla da məhdudlaşmayacaq: Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyan da öz postlarını tərk edə bilərlər.

Bu işdən çıxarılmalarla bağlı söz-söhbətlərə görə hökumətdə çox gərgin vəziyyət yaranıb. Nazirlər nəfəslərini tutub Paşinyanın növbəti hədəfinin kim olacağını, kimlərin vəzifədən çıxarılacağını gözləyirlər. Lakin Nikol Paşinyan tələsmir, o, İrəvan Ağsaqqallar Şurasına seçkiləri gözləyir, yalnız bundan sonra hakimiyyətdə “təmizləmə” başlanacaq”, - deyə qəzet bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 114          Tarix: 7-09-2023, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma