Xəbər lenti

Ermənistan Baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibəsində sərhədimizə ordu yığmasından danışıb.

Musavat.com xəbər verir ki, Paşinyan sərhəddə gərginlik olduğunu gizlətməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan həmçinin bildirib ki, sərhəd təhlükəsizliyimizə yeni elementlər əlavə edə biləcək vasitələrdən istifadə edirik.

O, Qarabağ ətrafında Azərbaycan ordusunun da cəmləşdiyini iddia edib: “Hökumətin son iclasındakı qiymətləndirmələrim bu gün də dəyişməyib”.

Paşinyan həyasızcasına bildirib ki, Azərbaycanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək istəyir.

Paşinyan bu gün müzakirələrə səbəb olan Putinə nə üçün zəng etməməsi məsələsinə də toxunub.Llll

O bildirib ki, Putin vəziyyəti hamıdan yaxşı bilir: "Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub".

Paşinyan bildirib ki, 2020-ci ildə biz Ukraynaya səfər etmədik, Roma Əsasnaməsini ratifikasiya etmədik, ABŞ ilə hərbi təlimlər keçirmədik, lakin bu, müharibəyə mane olmadı. 

Xankəndidə keçirilən qondarma "prezident seçkilərinə" toxunan Paşinyan bunları deyib: "Arayik Arutyunyanın istefasına təəssüflənirəm, Qarabağın yeni rəhbərinə gəlincə, təbrik etmək üçün xüsusi bir şey yoxdur, onun üzərinə çox böyük məsuliyyət düşür. Bizim yanaşmamız ondan ibarətdir ki, biz beynəlxalq ictimaiyyətin məntiqi ilə ayaqlaşmalıyıq".




Ana səhifəyə qayıt        Baxış: 3 042          Tarix: 11-09-2023, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma