Xəbər lenti

Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan mövqelərə baxış keçirib.

Globalinfo.az xəbər verir ki, Mikaelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb.

Mövqelərdə “xidmətin” həyata keçirildiyi, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğu bildirilib. Qruplaşmanın komandirləri “düşmən”lə döyüşə hazır olduqlarını bildiriliblər.

Qeyd edək ki, “Yerkrapa”nın 10 mindən çox üzvünün olduğu və aktiv şəkildə hərbi təlimlərə cəlb edildikləri deyilir. Onların əksəriyyəti Birinci Qarabağ müharibəsində iştirak edənlərdir.

Son zamanlarda Ermənistanın Yunanıstan, Fransa və Hindistandan hücum silahları, texnikalar alması fonunda Mikaelyanın yaydığı görüntülər İrəvanın revaşist niyyətindən əl çəkmədiyi, yeni müharibəyə hazırlaşdığına dair iddiaları gücləndirir.




Ana səhifəyə qayıt        Baxış: 3 125          Tarix: 29-11-2024, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma