Xəbər lenti
27-11-2024, 19:25

Hakimiyyətin KTMT tədbirlərində iştirakdan imtina etməsi Ermənistanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, Xocalı soyqırımı təşkilatçılarından biri Seyran Ohanyan deyib.

“Ermənistan və “artsax”ın çətin hərbi-siyasi vəziyyətdə olduğu və təhdidlərin artdığı bir şəraitdə KTMT iclaslarında iştirak etməmək Ermənistanın təhlükəsizliyini yenidən riskə atmaq deməkdir. İrəvan bu qurum çərçivəsində əlaqələr qurmalıdır. Bəzi hallarda KTMT üzvləri ilə əlaqələrin korlanması Ermənistanın siyasəti ilə də bağlı olub. Təşkilatın baş katibinə qarşı cinayət təqibi, təlimlərdə iştirak etməmək və s. Ermənistan ölkəmizin üzv olduğu bütün strukturların, xüsusən də KTMT-nin işində iştirak etməlidir. Əgər qonşularla, təşkilat üzvləri ilə problemlər varsa, o zaman bu məsələləri KTMT tədbirlərində qaldırmağa ehtiyac var. Əgər təşkilat öz üzərinə düşən vəzifələri yerinə yetirmirsə, bundan da danışmaq lazımdır. Digər tərəfdən, KTMT-də də çox vaxt Ermənistanın atmalı olduğu addımlar gözlənilir. KTMT ölkələrindən heç biri sərhədlərimizi möhkəmləndirməyəcək, strateji yüksəkliklərdə səngər qazmayacaq”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 289          Tarix: 15-11-2023, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma