“Bu gün Azərbaycan ssenarisi üzrə inteqrasiyanın əleyhinə olan erməni “hərbi-siyasi elitası”nın nümayəndələri Bakı həbsxanalarındadır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov deyib.
“Əlbəttə, 32 erməni hərbi əsirinin qaytarılması ilə bağlı razılaşma yaxşı xəbərdir və biz onların qayıdışını alqışlayırıq, lakin unutmayaq ki, onlarla, hətta yüzlərlə (?! - red.) erməni məhbus, o cümlədən separatçıların (mətndə uydurma bir yerin adı çəkilir - red.) keçmiş “rəhbərləri” hələ də Azərbaycan həbsxanalarında qalıb. Yəni “hamıya qarşılıq hamı” prinsipi işləmir. Bundan əlavə, unutmayaq ki, hərbi əsirlər iki azərbaycanlı ilə dəyişdirilib”, - deyə Şarmazanov bildirib.
Eduard Şarmazanov məhbusların qaytarılması ilə bağlı razılaşmanı nailiyyət deyil, daha çox erməni diplomatiyasının fiaskosu hesab edir.
Paylaş: