Xəbər lenti

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib.

Erməni jurnalistin sualını cavablandıran rusiyalı diplomat deyib: "Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?"

Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmaması kontekstində "absurd" səslənir.

XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlət arasında həll olunur və onları üçüncü tərəfin maraqları ilə əlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib. (Trend)




Ana səhifəyə qayıt        Baxış: 2 907          Tarix: Dünən, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma