Xəbər lenti

Paşinyanın ABŞ-a qarşıdakı səfəri çərçivəsində Donald Trampla görüşü planlaşdırılmır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyanın özü keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ prezidenti ilə görüş planlaşdırılmır, hazırda proqramımızda belə bir məqam yoxdur, lakin bu, çox vacib bir səfərdir”, –deyə Paşinyan mətbuat konfransında bildirib.

Xatırladaq ki, fevral ayının əvvəlində Nikol Paşinyan Vaşinqtonda Din Azadlığı üzrə 5-ci İllik Beynəlxalq Sammitdə, həmçinin "Milli Dua Səhəri" tədbirində iştirak edəcək və burada çıxışı da nəzərdə tutulub.

Paşinyanın sözlərinə görə, o, həmkarları ilə məsləhətləşdikdən sonra bu tədbirdə mütləq iştirak etməli olduğu qənaətinə gəlib.




Ana səhifəyə qayıt        Baxış: 2 773          Tarix: 31-01-2025, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma