Xəbər lenti
Dünən, 19:25

ABŞ hökuməti beynəlxalq ictimaiyyəti Qarabağ ermənilərinin təhlükəsiz qayıdışını təmin etmək və öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq üçün addımlar atmağa səfərbər etməlidir.

Musavat.com “Sputnik Armaniya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizədliyini irəli sürən kiçik Robert Kennedi X sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

Azərbaycan-Ermənistan münaqişəsi haqqında məhdud biliyi olan bu adam həmin müraciətində Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb və erməni lobbisinin tezislərini təkrarlayıb.

“Biz həm də Türkiyə və Azərbaycan tərəfindən Ermənistanın blokadasını aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistan dənizə çıxışı olmayan ölkədir və qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”, - deyə amerikalı siyasətçi bildirib.

O, ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan Respublikasının və qondarma qurumun bərpasına öz töhfəsini verəcəyinə əmin edib.

Qeyd edək ki, Robert Kennedi ABŞ-ın keçmiş prezidenti, 1963-cü ildə Dallasda qətlə yetirilən Con Kemmedinin qardaşı oğlu və ABŞ-ın keçmiş ədliyyə naziri, sui-qəsdə qurban getmiş Robert Kennedinin oğludur.




Ana səhifəyə qayıt        Baxış: 4 318          Tarix: 29-12-2023, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma