Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Washington Post" qəzetinin hazırkı durumunu SSRİ-nin süqutuna yaxın "Komsomolskaya Pravda"nın vəziyyəti ilə eyniləşdirib.
Azərbaycan Prezidentinin köməkçisi bu barədə özünün "X" hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, xüsusən Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində "Washington Post" qəzeti və Konqresin bəzi üzvləri Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparırlar.
Azərbaycan rəsmisi Ceff Bezosun məqaləsini atılan iftiralara yaxşı cavab olduğunu qeyd edib.
Hikmət Hacıyev vurğulayıb ki, özünün cəsarətli və haqlı tənqidində C.Bezos "Washington Post" və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər düşdüyünü ifşa edib.
Azərbaycan rəsmisi, ümumiyyətlə, qurban obrazının yaradılmasının artıq fayda vermədiyini də vurğulayıb:
"Ceff Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə əslində daha da aşağıdır. Dünya ağ ilə qaranı fərqləndirmək iqtidarındadır. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır".
Fikrinin sonunda H.Hacıyev qeyd edib ki, "Washington Post"un üslubu və iş metodologiyası SSRİ-nin son günlərindəki "Komsomolskaya pravda"nı xatırladır.
Paylaş: