Xəbər lenti

 

“Qadınlar üçün yerdə cəhənnəm” - Akmola düşərgəsini məhz belə adlandırıblar. İşgəncə tətbiqinə görə analoqu olmayan bu düşərgəyə xalq düşməni adı ilə güllələnlərin həyat yoldaşlarını sürgün ediblər. Düşərgədə cəza çəkən qadınlar öz aralarında cəhənnəmi xatırladan bu məkana qeyri-rəsmi “ALJİR” adası (Акмолинский лагерь жен изменников Родины) adını qoyublar. Düşərgə hazırda Qazaxıstanın paytaxtı olan Nur-Sultandan çox da uzaqda olmayan səhralığın ortasında salınıb.

Ətrafla tam təcrid olunan düşərgənin ərazisinə giriş yalnız “NKVD” başçısı Nikolay Yejovun imzası ilə olan xüsusi buraxılışla həyata keçirilib. Düşərgədə cəza çəkən qadınlar yaxın adamları ilə görüşmək, bağlama qəbul etmək, məktub göndərmək və almaq hüquqlarından məhrum olunublar.

Akmola düşərgəsi 15 avqust 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun imzaladığı 00486 nömrəli əmrə əsasən yaradılıb. Əmrə əsasən düşərgəyə güllələnmiş “xalq düşmənləri”nin həyat yoldaşları, xüsusi təqdimat olduqda isə onların anaları, bacıları və həddi-büluğa çatmış qızları sürgün ediliblər. Sürgünə göndərilənlərlə bağlı heç bir istintaq və məhkəmə işi aparılmayıb. Onların bütün əmlakları müsadirə olunub, mənzilləri möhürlənib. Sonradan həmin mənzillər başqalarına verilib.



Sürgünə göndərilən qadınların uşaqları əllərindən alınaraq adları, soyadları dəyişdirilib və onlar uşaq evlərinə veriliblər.
Akmola düşərgəsinə göndərilənlərin şəxsi işlərində iki bənddə aparılan qeydlər fərqli şriftlərlə qeyd olunub. Cinayət dərəcəsi - “xüsusi təhlükəli cinayətkar”, işə yararlığı - “ən ağır işlrin görülməsi üçün”.

Düşərgədə cəza çəkənlərin yaşam tərzi ağılasığmaz dərəcədə ağır olub. Gün ərzində ən azı iki-üç dəfə sıra baxışı keçirilib. Qış fəslində havanın temperaturunun mənfi 40 dərəcə olduğu halda sıra baxışına düzülmək üçün bir dəqiqə vaxt verilib. Verilmiş müddətdə sırada olmayanları cəza gözləyib. Elə buna görə də bəzən qadınlar sıraya gecikməmək üçün üst geyimlərini götürməyə imkan tapmayıblar. Belə vəziyyətlərdən nəzarətçilər zövq alıblar və sara qarşısındakı “leksiya”laranı bir az da uzadıblar.

Düşərgədə saxlanılan qadınlara düşərgədə nəzarət üçün saxlanılan itlərə verilən yemək verilib. Çox nadir hallarda onlara düşərgədə xidmət edənlər üçün kəsilmiş donuz və inəklərin ayaqları verilib ki, nə vaxtsa alim, narkom, həkim, müəllim, dövlət xadimlərinin arvadları üçün bu, sözün əsl mənasında bayram payı sayılıb.

Akmola düşərgəsində cəza müddəti 5 ildən 10 ilə qədər olub. Amma 1941-ci ildə müharibə başlananda cəza müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb. Yəni, cəza müddəti başa çatanlar bu cəhənnəm məkanından xilas ola bilməyiblər.

Düşərgədə çox sərt daxili rejim qaydaları hökm sürüb. Bu qaydaları pozanlara isə rejim qaydalarından da daha sərt cəzalar tətbiq edilib. Məsələn, qış fəslində, temperaturun mənfi 30-40 dərəcə olduğu bir vaxtda rejim qaydalarını pozan qadınların lüt şəkildə ərazidə 1 saat “gəzintisi” ən adi cəzalardan biri sayılıb. Yaxud, eyni vəziyyətdə olan qadının nəzarətçinin otağında yanan sobanın bir neçə santimetrliyində stula bağlayaraq yüksək temperatur verilməsi və sonra stul qarışıq həyətə buzun, qarın üstünə atılması da bu düşərgədə təəcüblü hadisə sayılmayıb.



Düşərgə əməkdaşları tərəfindən tez-tez təşkil edilən “yemək-içmək” məclislərindən sonra da qadınların vəziyyəti acınacaqlı olub. Hətta bəzi hallarda aclıqdan, qidasızlıqdan zəifləyən qadınlara qatqısız texniki spirt içirdilib və onların düşdüyü vəziyyət nəzarətçilər üçün əyləncəyə çevrilib. Belə məclislərin sonunda barakların qapıları düşərgə rəhbərliyi üçün açılıb, sərxoş rəislər qadın seçimi ediblər, istədikləri ilə məcburi cinsi əlaqəyə giriblər.

Yuyunmaq və paltar yumaq üçün gün ərzində qadınlara yalnız bir vedrə su verilib. Lap yaxınlıqda su mənbəyinin olmasına baxmayaraq əlavə sudan istifadə etmək ciddi qanun pozuntusu sayılıb.



Düşərgədəki qadınlara mənəvi əzab vermək üçün yerli “NKVD” orqanlarının əməkdaşları tez-tez görüşlər keçiriblər. Onlar qadınlara övladları haqqında məlumat veriblər, bildiriblər ki, uşaqlar valideynlərinə xalq düşməni kimi nifrət edirlər və heç vaxt onlarla görüşmələrini arzu etmirlər.

30 hektar ərazidə yerləşən düşərgədə ilk tikinti işlərini, barakları, tikiş sexlərini, inzibati və yardımçı otaqları ilk sürgünə göndərilən qadınlar tikiblər. Düşərgənin tikintisi üç növbədə aparılıb. Təkcə altı ay müddətindəki tikinti zamanı soyuqdan 98 nəfər qadın ölüb.



Akmola düşərgəsində mövcud olduğu illər ərzində 18 min qadın (bəzi versiyalara görə 26 min) cəza çəkib. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalininin həyat yoldaşı Yekaterina Kalinina, marşal Tuxaçevskinin bacısı Yelizaveta Tuxaçevskaya, yazıçı Qalina Serebryakova, Siyasi Büronun üzvü Nikolay Buxarinin həyat yoldaşı Anna Buxarina, aktrisa Tatyana Okunevskaya, tanınmış müğənni Lidiya Ruslanova və digər tanınmışlar uzun illər bu düşərgənin sakinləri olublar.
1938-ci ildən 1953-cü ilə qədər fəaliyyət göstərən Akmola düşərgəsinin üç rəisi olub, Aleksandr Bredixin, Sergey Barinov, Mixail Yuzipenko. Düşərgə sakinləri üçün Sergey Barinov az da olsa mərhəmətli rəis sayılıb.

Akmola düşərgəsinin fəaliyyəti 1953-cü ildən dayandırılsa da, 1958-ci ilə qədər bu düşərgədə cəza çəkən qadınlara Qazaxıstanı tərk etmək qadağan olub.



Akmola düşərgəsi ilə bağlı 2009-cu ildə bu düşərgədə cəza çəkən Lidiya Frnkelin rejissor nəvəsi Darya Violina “Biz yaşayacağıq” filmini və 2019-cu ildə 11 seriyalı “ALJİR” serialı çəkilib. Bununla yanaşı, düşərgə haqqında bir neçə kitab da işıq üzü görüb.

Hazırda düşərgənin ərazisində muzey fəaliyyət göstərir, həmçinin ərazidə çox böyük xatirə kompleksi də yaradılıb.
Muzeydə azərbaycanlı qadınlar barədə məlumatlar çox deyil.
İlham Cəmiloğlu, Musavat.com
Teref.az yazır ki, Azərbaycan Respublikasının dövlət himninin müəllifi, görkəmli şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım da daxil olmaqla, 44 azərbaycanlı qadın bu düşərgədə sürgün həyatı yaşayıb. Təəssüf ki, muzeydə azərbaycanlı qadınlar haqqında məlumat kasaddır: 44 nəfərin ad-soyadından və ünvanlarından başqa heç bir informasiya yoxdur. Muzeyin “Sürgün qadınlar” kitabına göz gəzdirdiyimiz zaman azərbaycanlıların adları olan bölmədə “Acar knyazı”nın qızı olan Şükriyyə xanım milliyyətcə da acar kimi göstərilib. Burada Sənubər Eyyubova adlı azərbaycanlı qadının sürgün dövrünü əks etdirən fotoşəkli sərgilənir.
Və xanım Aida Eyvazlinın əld etdiyi memorialın siyahısında olan xanımların adlarını əlavə edirik:
Qara siyahı

1.Abdullayeva Mirnuriyə İbrahimovna, 1909-cu il, Göyçay şəhəri, azərbaycanlı, ÇSİR(VXAÜ) (члены семьи изменника родины -- vətən xainlərinin ailə üzvləri ) 09.12.1937-ci ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM (İslah Əmək Düşərgəsinə) göndərilməklə həbs olunub. Akmola düşərgəsinə Bakıının Bayıl türməsindən gətirilib. 24.10-1945-ci ildə azad olub.

2. Əliyeva Kənizə İmaməli qızı, 1920-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulub. Bakıda Kirov rayonu, bina 51, mən.28-də yaşayıb. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 29.05.1938-ci il ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Seqejalqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 13.04.1946-cı ildə azad olub.

3. Əliyeva Məyruhə Süleyman qızı, 1909-cu ildə Azərbaycan SSR-nin Quba şəhərində doğulub, azərbaycanlı. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi əsasından 02.02.1938 il ildə Bakıdan Akmola Xüsusui Düşərgəsinə gətirilib. ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də 20.03.1939-cu ilə qədər çəza çəkib. Həmin tarixdə ölüb.

4. Əmrahova Gülruh Bala qızı azərbaycanlı, 1905-cı ildə Bakıda Balaxanı kəndində doğulub. Balaxanıda yaşayıb. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi şurasının qərarı ilə 09.04.1939-cu ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 10.12.1945-cı ildə azad olub.

5. Bayramova Ceyran Şirin qızı, 1896-cı ildə Bakıda doğulub., azərbaycanlı. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 09.12.37-ci il ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə Bakı türməsindən İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də yaşadığı müddət göstərilməyib. 08.09.1945-ci ildə azad olub.

6. Baratzadə-Bədəlova Leyla Əli qızı , 1912-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində doğulub. Bakı şəhəri, Kapitanskaya küçəsi , ev 216, mən. 17-də yaşayıb. 09.104.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20.08.1942-ci ildə gətirilib. 26.11.1942-ci uldə -ci ildə azad olub. 

7. Biləndərlı Səyad Qasım qızı, 1912-ci ildə Qıraq Kəsəməmdə doğulb,(sənədlərdə Qıraq Kəsəmən Qazaxıstanın şəhəri kimi göstərilsə də Qazaxıstanda belə yer yoxdur. Lakin bu səhv məlumatdır. Ən dəqiqi odur ki, Qazax rayonundandır.—A.E.) azərbaycanlı, SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 09.12.37-ci il ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Akmol Xüsusi düşərgəsinə 02.02.1938-ci ildə Bakıdan gətirilib. 15.10.1945-ci ildə azad olub.

8. Vəzirova İzzət İzmailovna, 1903-cü ildə Tiflisdə doğulub, azərbaycanlı. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 02.02.1938.-ci il ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Karlaqa Bakı şəhərinin Bayıl türməsindən gətirilib. Akmol Xüsusi düşərgəsinə olduğu müddət məlum deyil. Karlaqdan 11.10.1945-ci ildə azad olunub. 

9. Həmzəyeva Həvva Bəyim qızı, 1991-ci ildə anadan olub. Azərbaycanlı. Azərbaycan SSR-in Kirovabad şəhəri. Bakıda Mustafa Sübhi küçəsində yaşayıb. 23.08.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 11.07.1943-cü uldə -ci ildə azad olub. 

10. Hüseynova Tamara Fətəliyevna, 1902-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı. Moskvada şəhərində Pokrovskiy bulvar, bina 145 mən.1-də yaşayıb. 29.05.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum edilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 01.07.1945-ci ildə azad olub. 

11. Hüseynova Şövkət Mirzəli qızı, 1907-ci ildə Azərbaycan SSR-in Korovabad şəhərində doğulub. 09.12.37--ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum edilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Karlaqdan 15.10.1945-ci ildə azad olub.

12. Hüseynova Əminə Məmmədşəfi qızı, azərbaycanlı, 1912-ci ildə doğulub. Bakı şəhəri, Zaqorodnaya küçəsi,bina184, mən35-də yaşayib. O9.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. 02.02.1938-ci ildə Akmol Xüsusi Düşərgəsinə (XD) Bakı həbsxanasından gətirilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Karlaqdan 15.11.1942-ci ildə azad olub. 

13. Zeynalova –Nuriyeva Ruavsa Cahangirovna, azərbaycanlı, 1914-cü ildə Kirovabad şəhərində doğulub. 24.06.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 3 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Akmiol XD-nə Tiflis həbsxanasından gətirilib. 10.08.1939-cu ilə kimi ALJİR-də çəza çəkib. 08.10.1939-cu ildə Karlaqdan Arxangel İƏM-nə göndərilib. 

14. İzmayilova Xədicə Məhərrəm qızı, 1905-ci ildə Bakıda doğulub, azərbaycanlı, 09.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Karlaqa 11.07.1939-cu ildə gətirilib. 14.10.1945-ci ildə azad olub. 

15. İsazadə Suğra Rəhim qızı, 1903-cü ildə İranın Ərdəbil şəhərində doğulub, azərbaycanlı, 09.12.1937- ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. 03.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. 23.09.42-ci ildə azad olub. 

16. Qarayeva-Səlimxanova Səkinə İcabəy qızı, 1896-ci ildə Bakıda doğulub, azərbaycanlı. 22.02.1938-ci ildə SSRİ NKVD-nin Xüsusi Müşavirəsi ilə əksinqilabçı fəaliyyətinə görə 10 il müddətinə cəzasını İƏM-də çəkməklə məhkum olunub. 25.06.41-ci ildə Karlaqa Petropavlovskdan etap edilərək gətirilib. Akmol XD-nə gətirilməsi haqında qeydiyyatı var, müddəti göstərilməyib. Akmol Xüsusi Düşərgəsinə (XD) Bakı həbsxanasından gətirilib. ALJİR-dən 25.06.43-cü ildə azad olub. 

17. Qasımova Bibixanım Ağarəhim qızı, 1910-cu ildə Bakıda doğulub. Bakı şəhəri, Doxtorovskiy küçəsi , ev 4-də yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 09.04.1938-ci ildə gətirilib. 21.01.1943-cü ildə azad olub. 

18. Kərimova Firuzə Əsgər qızı, 1906-ci ildə Azərbaycan SSR Qazax rayonunda doğulub, azərbaycanlı, Bakı şəhəri, Poluxin küçəsi , bina 13, mən 49-da yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 14.10.1945-ci ildə azad olub. 

19. Kərimova Həmayil Həsən qızı, 1909-cu ildə Kazan şəhərində doğulub, azərbaycanlı Bakı şəhəri, Suraxanskaya , ev 47 ünvanda yaşayıb. 23.08.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 21.07.1943-cü ildə azad olub. 

20. Quliyeva Validə Şlal qızı (yəqin ki, Hilaldır –E.A.) 19014-cü ildə Azərbaycan SSR, Şuşa şəhərində doğulub. Bakı şəhəri, sloboda küçəsi, ev 19-da yaşayıb. 09.01.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 31.03.1943-cü ildə azad olub. 

21. Qurbanova Ruqiyyə Hənif qızı, 1912(1913) Azərbaycan Respublikası, Qızıl oqal kəndi, Sardena şəhərindən (bu ünvan düzgün yazılmayıb—A.E.) doğulub. Bakı şəhəri, Kommunist küçəsi, ev 2, mən.27-də yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 31.01.1946-cı ildə azad olub. 

22. Mədətova Hafizə Yarəli qızı, 1904-cü ildə Bakıda doğulub, azərbaycanlı. ildə 19.02.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Akmol XD-nə 02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib. 29.08.46--cı ildə azad olub. 

23. Məmmədova Neynə Rəşid qızı, 1906-ci ildə Azərbaycan SSR Nuxa şəhərində doğulub, azərbaycanlı, Bakıda yaşayıb. 29.05.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. .Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 09.04.1943-cü ildə azad olub

24. Məmmədxanova Şövkət İsmayıl qızı, 1903-cü ildə Azərbaycan SSR-in Qiçax Əhmədli kəndidə doğulub, Bakıda yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 09.11.1945-ci ildə azad olub

25. Mehdiyeva Ziba Abdul əzim qızı, 1910-cu ildə Şuşa şəhərində doğulub. Bakı şəhəri, Lev Tolstoy küçəsində yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 11.11.1945-ci ildə azad olub

26. Mehdiyeva Setar Hüseyin qızı, 1910-cu ildə Azərbaycan SSR, Karyakinskdə doğulub, azərbaycanlı. Bakı şəhəri , Puşkin küçəsi, xüsusi evdə yaşayıb.(səənədlərdə bele göstərilib). 09.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Karlaqa 02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib. 07.12.1946-cı ildə ildə azad olub.

27. Mehtiyeva Dursun Həmzə qızı, 1907-ci ildə Kirovabad şəhəri , Zeətli kəndində doğulub, azərbaycanlı. 09.12.37-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Akmol XD-nə qa 02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib. 07.12.1946-cı ildə ildə azad olub.

28. Muradova Səfurə Nəsib qızı, 1902-ci ildə Azərbaycan SSR, Zaqatala şəhərində doğulub, azərbaycanlı. 09.05.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 06.01.1946-cı ildə azad olub.

29. Naibova Məryəm Əli qızı, 1905-ci ildə Ter vilayətində, Kanqlı aulunda doğulub, azərbaycanlı. 09.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib. ALJİR-də saxlanıldığı müddət göstərilməyib. Karlaqdan 14.10.1945-ci ildə azad olub. 

30. Nurməmmədova Fatma Abdul qızı, 1899-cu ildə Şamaxı şəhərində doğulub. Azərbaycanlı. 09.12.37-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib. 16.09.42-ci ildə azad olub. 

31. Rzayeva Balabaci Hüseyn qızı, 1902-ci ildə bakıda doğulub.azərbaycanlı, Bakı şəhəri, Kandapol küçəsi, ev 66-da yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 11.11.1945-ci ildə azad olub

32. Rizayeva Firəngiz Marzayevna, 1901-ci il, İranın Qəzvin şəhərində doğulub. Azərbaycanlı, 07.07.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 20.08.1941-ci ildə Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib. ALJİR-də saxlanıldığı müddət göstərilməyib. 23.10.39-cu ildə Karlaqdan Tomasinlaqa gətirilib. 

33. Sadıqova Qeysə Nəsir qızı, 1912-ci ildə Azərbaycan SSR, Şuşa şəhərində doğulub, azərbaycanlı. 09.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 15.08.1938-ci ilə qədər ALJİR-də olub. 15.08.1938-ci ildə Mərkəzi Asiya İƏM- nə göndərilib.

34. Salamzadə Fəridə Rəhmanovna, 1910-cu ildə Azərbaycan SSR- Nuxa kəndində doğulub, azərbaycanlı. 09.12.37-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1941-ci ildə Bakı həbsxanasından Karlqa gətirilib. ALJİR-də saxlandığı vaxt göstərilməyib. 15.10.1945-ci ildə azad olunub.

35. Soroker- Ağayeva Qulruh Həsən qızı, 1907-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı. 31.07.1938-ci ildə ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 30.08.1941-ci ildə Akmol XD-nə Ussuriysk vilayətinin Voroşilov şəhərindən gətirilib. 29.09.1945-ci ildə azad olunub.

36. Xəlifəzadə Suriyə Süleyman qızı, 1906-ci ildə Azərbaycan SSR Şuşa şəhərində doğulub, azərbaycanlı. 09.12.1937- ci ildə ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə Karlqa gətirilib. ALJİR-də saxlandığı vaxt göstərilməyib. 15.10.1945-ci ildə Karlaqdan azad olunub.

37. Xocayeva Sara Rza qızı, 1902-ci ildə Azərbaycan SSR Lənkəran şəhərində doğulub, azərbaycanlı. 09.12.37-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. 15.10.1941-ci ildə azad olunub.

38. Şərifova Səyarə Səttar qızı, 1907-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı, Bakı şəhəri, Aziatskaya küçəsi,ev 78-də yaşayıb. 09.12.37-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Bakı həbsxanasından Karlaqa gətirilib. 15.10.1941-ci ildə azad olunub.

39. Şükürbəyli Münəvvər Abuş qızı, 1912-ci ildə Azərbaycan SSR, Salyan şəhərində doğulub, azərbaycanlı, Salyan şəhəri, Beriya küçəsi, ev 113-də yaşayıb. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 10.01.1946-cı ildə azad olunub

40. Eldarova Zara Əmir qızı, 1909-cu ildə Bakıda doğulub,azərbaycanlı. 09.07.1937- ci ildə ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. Karlqa gətirilib. ALJİR-də saxlandığı vaxt göstərilməyib. 01.07.44-cü ildə Karlaqdan azad olunub.

41. Eminbəyli Füruzə Məmmədtağı qızı, 1905-ci ildə Azərbaycan SSR, Kirovabad şəhərində doğulub, azərbaycanlı. 09.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. ALJİR-də saxlandığı vaxt göstərilməyib. 17.10.1945-ci ildə Karlaqdan azad olunub

42. Əfəndiyeva Əsmət Əhməd qızı, 1912-cim ildə Azərbaycan SSR, Qazax rayonunda doğulub,azərbaycanlı,. 28.12.1937-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 21.04.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. 29.12.1942-ci ildə azad olunub

43. Eyyubova Sənubər Nəsibovna, 1905-ci ildə Azərbaycan SSR, Qazax rayonunda doğulub, azərbaycanlı, Bakı şəhəri Kiçik Qala küçəsi (М-Крепостная) ev, 14-də yaşayıb. 29.05.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 20.07.1945-cı ildə azad olunub

44. Yusifova Ayişə Osman qızı, 1892-ci ildə, Azərbaycan SSR, Akstafa rayonu, Daş salahlı kəndində doğulub, azərbaycanlı. 28.06.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. 21.04.1938-ci ildə Tiflisdən Akmol XD-nə gətirilib. 05.07.1943- cü ildə azad olunub




Ana səhifəyə qayıt        Baxış: 2 758          Tarix: 3-02-2020, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma