Xəbər lenti
17-07-2025, 21:00

Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğızıstan, Tacikistan və Özbəkistan arasında üç dövlətin dövlət sərhədlərinin qovşaq nöqtəsi haqqında 2025-ci il martın 31-də Xocənd şəhərində imzalanmış Müqavilənin ratifikasiyası haqqında" Qırğızıstan Respublikasının Qanununu imzalayıb.

Bu barədə Oxu.Az "Kabar.kg" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, qanun Qırğızıstan Respublikasının Joqorku Keneşi (birpalatalı parlament) tərəfindən 25 iyun 2025-ci ildə qəbul edilib.

Qanunun məqsədi "Qırğızıstan Respublikasının beynəlxalq müqavilələri haqqında" və "Qırğızıstan Respublikasının Joqorku Keneşinin Əsasnaməsi haqqında" Qırğızıstan Respublikasının qanunlarına uyğun olaraq dövlətdaxili prosedurların həyata keçirilməsidir.

Beləliklə, qanunda Qırğızıstan Respublikası, Tacikistan Respublikası və Özbəkistan Respublikası arasında üç dövlətin dövlət sərhədlərinin qovşağı haqqında 2025-ci il martın 31-də Xocənd şəhərində imzalanmış müqavilənin ratifikasiyası təklif edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 207          Tarix: Dünən, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma