Xəbər lenti

Türkiyə Cənubi Qafqazdakı iki qonşusu - Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan addımları alqışlayır.

Oxu.Az "Baku TV"yə istinadən xəbər verir ki, bu sözləri "Hürriyet Daily News"un Ankara nümayəndəsi, türkiyəli jurnalist Sərkan Dəmirdaş deyib.

"Türkiyə Azərbaycan və Ermənistan arasında əldə edilən irəliləyişə paralel olaraq Ankara ilə İrəvan arasında 2021-ci ildən bəri davam edən normallaşma prosesini inkişaf etdirməyə hazır olduğunu bəyan edir.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və quru sərhədləri hələ də açılmayıb. Bununla belə, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin inkişafı və İrəvanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini dəyişməsi tərəflər arasında dialoqa təkan verib.

Azərbaycan və Ermənistan arasında daimi sülh sazişinə doğru irəliləyişdən asılı olaraq Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər və siyasi-iqtisadi əlaqələrin qurulması ilə bağlı razılaşmalar gündəmdə olacaq", ‒ jurnalist bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 626          Tarix: Dünən, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma