Xəbər lenti

Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Mger Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların blokdan çıxarılması məsələlərini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri də geniş tərkibdə danışıqlar aparıblar.

Ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyi vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 40          Tarix: Bu gün, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma