Xəbər lenti

"8 avqustda Vaşinqtonda sülh bağlanıb".

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib.

"Ermənistan və Azərbaycanın sadəcə sülh sazişini parafladığını deyənlər və onun əhəmiyyətini kiçildənlər, yanvar-fevral-mart aylarında təxminən 8 avqustda müharibənin başlayacağını proqnozlaşdırmışdılar. Amma indi bunu unudublar", - Ermənistanın baş naziri qeyd edib.

Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin həlli prosesi davam edir, amma danışıqlar zamanı masa üzərində heç vaxt bəyannamə layihəsindən başqa sənəd olmayıb.

"Bəyannamənin mətni imzalandı. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlar sülhün pozulmasını təmin etmək istəyirlər. Belə qüvvələr həm Ermənistanda, həm də onun yaxın və uzaq hüdudlarından kənarda mövcuddur", - deyə Paşinyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: Dünən, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma