Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, Donald Trampla Məhəmməd bin Əbdülrəhman Al Taninin görüşü, planlaşdırıldığı kimi, şam yeməyi ətrafında baş tutub.

Lakin iki ölkə başçısının görüşünün digər təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı keçirdiyi hücum beynəlxalq miqyasda böyük rezonans doğurub. Qətər rəsmiləri bu zərbəni "xəyanət" kimi qiymətləndiriblər. Belə ki, ABŞ və İsrail əvvəllər Qətərə HƏMAS liderlərinin onun ərazisində vurulmayacağına dair birbaşa təminat vermişdi. ABŞ tərəfi Qətəri əməliyyatdan yalnız 10 dəqiqə əvvəl xəbərdar edib, bu isə Dohada ciddi narazılıq doğurub.




Ana səhifəyə qayıt        Baxış: 1 153          Tarix: Bu gün, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma