Xəbər lenti

Erməni mətbuatında son günlər geniş müzakirə doğuran mövzulardan biri Nikol Paşinyanın iştirak etdiyi teatr tamaşası ətrafında yaranan qalmaqaldır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın iştirakı ilə Bjurakan qəsəbəsində nümayiş olunan “Hasar” tamaşasında “Qərbi Ermənistan”a eyham vuran səhnələrin olması Paşinyanın kəskin etirazına səbəb olub.

Paşinyan tamaşadan sonra açıq şəkildə narazılığını ifadə edərək bildirib ki, bu kimi məqamlar Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəldə bilər. Onun sözlərinə görə, ölkə real təhlükələrlə üz-üzə qaldığı bir vaxtda diqqətimizi “keçmiş torpaqların” (?!-red.) nostalji xatırlanmasına deyil, hazırkı Ermənistan dövlətinin möhkəmləndirilməsinə yönəltmək vacibdir. “biz hasarları elə qurmalıyıq ki, öz dövlətimizi qorusun, kiminsə xəyali sərhədlərinə deyil”,-deyə Paşinyan bildirib.

Bu yanaşma Ermənistan daxilində fikir ayrılıqları doğurub. Revanşist mövqedə olan bəzi qəzetlər və siyasi dairələr bunu “senzura” və “tarixin silinməsi” kimi təqdim edir.

Məsələn “Past” adlı revanşist mövqeli qəzet Paşinyanın bu mövqeyini Türkiyənin və Azərbaycanın “təzyiqlərinin nəticəsi” kimi qələmə verməyə çalışıb.




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: Bu gün, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma