Xəbər lenti

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüş keçiriləcək.

Report xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barak da iştirak edəcək.

Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 704          Tarix: 17-09-2025, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma