Xəbər lenti

ABŞ və Qazaxıstan ümumi dəyəri 4 milyard dollar olan lokomotivlərin tədarükü ilə bağlı razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 22-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı keçirib və bu zaman iki tərəf "tarixdəki ən böyük lokomotiv sazişi" barədə razılığa gəlib.

ABŞ-nin "Wabtec" şirkəti ilə Qazaxıstana 300 lokomotivin tədarükü üçün müqavilə imzalanıb.

ABŞ Ticarət Departamentinin rəhbərinin sözlərinə görə, ABŞ texnologiyasına əsaslanan lokomotivlər Avropa və Asiyada nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 107          Tarix: Dünən, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma