Xəbər lenti

Yaponiyada “daha yuxarı yaşlı insanlar” adlandırılan 75 və daha yuxarı yaşlılar ilk dəfə 65 yaşdan yuxarı əhali arasında əksəriyyət təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Jiji Press agentliliyi Yaponiya Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin yaydığı demoqrafik məlumatda bildirilir ki, hazırda Yaponiyada 75 və daha yaşlı insanların sayı 17,7 milyon nəfərə bərabərdir və bu, ümumi sayı 35,34 milyona bərabər olan 65 və daha yuxarı yaşlı insanların 50,1 faizini təşkil edir.

Fevralın 1-nə olan məlumata görə, yaşlı insanların sayı 60 min nəfər artıb. Martın 1-nə olan məlumata görə isə, Yaponiyada əhalinin ümumi sayı 126,52 milyon nəfər olub ki, onların da 27 faizini 65 və daha yuxarı yaşlı, 14 faizini isə 75 və daha yuxarı yaşlı insanlar təşkil edib. Əhalinin yaşlı hissəsinin sayını artması səhiyyə xərclərinin artmasına da səbəb olur. Səhiyyə Nazirliyinin hesabatına əsasən, 2015-ci maliyyə ilində səhiyyə xərcləri 65-69 yaşlı insanlar üçün 469 min, 75-79 yaşlılar üçün isə 793 min yen təşkil etdiyi halda, 20-24 yaşlılar üçün cəmi 76 min yenə bərabər olub.

 

 




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 26-03-2018, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma