Xəbər lenti

Başda Çin və Rusiya olmaqla dünyada yerli sosial platformaların trend olması Türkiyədəki sərmayəçiləri da hərəkətə gətirib. Mobil Maliyyə Texnologiya Xidmətləri Şirkəti (Mobifin) bu çərçivədə yerli sosial media platforması olan “Finkafe”ni yaradıb. Türk mühəndislərin inkişaf etdirdiyi və 10 milyon türk lirəsi investisiya qoyulan “Finkafe”də artıq 1 il tamam olmadan 100 min istifadəçi qeydiyyatdan keçib.

29 dil seçimi, 20 fərqli mikro bloqu və 500 bölməsi olan platforma, qlobal sosial şəbəkələrdən mövzu təhlil-fərdiləşdirmə xüsusiyyətlərilə seçilir. İlin sonuna kimi istifadəçi sayını 1 milyona çatdırmağı hədəfləyən Mobifin, bənzər platformu Polşaya da təqdim edəcək.

Şirkət yerli mail və axtarış mühərriki üzərində də işlərini davam etdirir.

Şirkətin, həmçinin ciddi reklam gəliri var.

Mobil Maliyyə Texnologiya Xidmətləri Şirkəti İdarə Heyətinin rəhbəri Arif Ünver şəbəkə ilə bağlı deyib: "Çindəki yerli sosial şəbəkə istifadəçilərinin sayı məşhur şəbəkə istifadəçilərinin sayını keçib. Rusiya öz yerli şəbəkəsini yaradıb. Başqa ölkələr də öz sosial şəbəkələrini ortaya çıxarmağa başlayıblar. Türkiyədə 52 milyon sosial şəbəkə istifadəçisi var. Xarici şəbəkələr Türkiyədə ciddi gəlir əldə edir. 2013-cü ildə “Twitter” Türkiyədən 400 milyon dollar reklam gəliri əldə edib. Biz də buna görə “Finkafe”ni yaratdıq. Serverlə bağlı yatırımlarımızı da Türkiyədə etməyə qərar verdik. Türkiyə sərhədləri içərisinə serverlər gətirdik, kod yazdıq və kodları sistemə inteqrasiya etdik. Türkiyədə indiyə qədər edilən ilk server yatırımını reallaşdırdıq. Mobil tərəfdə iştirak edən IOS və Android tətbiqləri də həyata keçirdik”.

"Finkafe” ilə texnologiya ixracına başlayacaqlarını deyən Ünver bildirib ki, başqa ölkələr üçün də sosial şəbəkələr hazırlayacaqlar. Polşada iyul-avqust aylarında yeni sosial şəbəkənin yaradılacağını deyən şirkət rəhbəri qeyd edib ki, yaxın coğrafiyada da iki ölkə ilə danışıqlar aparılır: “Bu ayın sonunda Azərbaycanda dövlət səviyyəsində görüşlərimiz olacaq”.

Ünver diqqəti digər sosial şəbəkələrdə saxta hesabların olduğuna çəkib. O, “Finkafe”de robot hesab açılmayacağını söyləyib. Ünver, hədəflərinin “Finkafe”ni xalqa tanıtmaq olduğuna işarə edərək bildirib ki, artıq investorların da diqqətini cəlb ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 078          Tarix: 10-06-2017, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma