Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putin internetdə anonimliyin əleyhinə dair, habelə KİV-ə bənzər servislərin tənzimlənməsi haqqında fərman imzalayıb. 

"Ovqat.com"un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “2017-2030-cu illər üçün Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişaf strategiyası”nda deyilir. Dəyişikliklər xəbər aqreqatları, sosial şəbəkələri, internet TV-ləri, messencerləri və internet şəbəkəsindəki saytları əhatə edəcək. Sənəddə qeyd edilir ki, bu cür addımlar Rusiyada keyfiyyətli və etibarlı məlumatların alınmasında vətəndaşların və cəmiyyətin tələbatlarını nəzərə alan informasiya məkanının formalaşdırılması üçün lazımdır. Fərmanda şəbəkə istifadəçilərinin anonimliyini, habelə onların məsuliyyətsizliyini və cəzasızlığını aradan qaldıracaq tədbirlərin görülməsi təklif edilir.




Ana səhifəyə qayıt        Baxış: 992          Tarix: 11-05-2017, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma