Xəbər lenti

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Brüselldə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə problemin həlli üçün hər hansı mexanizm müzakirə edilməyib.

Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ötən gün baş tutan görüş haqqında məlumat verərkən belə deyib.

Hikmət Hacıyev qeyd edib ki, görüşdə həmsədrlər tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Bundan başqa, prezidentlərin görüşü üçün də təklif verilib və bu təklif müvafiq qaydada dövlət başçılarına çatdırılacaq.

XİN sözçüsü, Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını və ölkəmizin hər zaman danışıqlara hazır olduqunu bildirib.

2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 12-07-2017, 19:54      


Paylaş:   

Ən çox oxunanlar