Rusiya sülhməramlı kontingentinin son partiyası da müvəqqəti yerləşdirildiyi Qarabağı tərk edir.
Moderator.az xəbər verir ki, sülhməramlıların şəxsi heyət və texnikası bu gün səhər azad olunmuş ərazilərdən çıxaraq Bərdə rayonu ərazisindən keçib.
Sülhməramlıların şəxsi heyət və texnikası bu gün səhər azad olunmuş ərazilərdən çıxarıaq Bərdə rayonu ərazisindən keçib.
Xatırladaq ki, ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Paylaş: