Xəbər lenti


ABŞ ordusunun rəsmisi bildirib ki, Yəməndəki İran dəstəkli husi üsyançılarının iki pilotsuz təyyarəsini zərərsizləşdirilib.


 ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, üçüncü pilotsuz təyyarə Ədən körfəzinə düşüb və İranın dəstəklədiyi husilər də sıx ticarət yoluna gəmi əleyhinə ballistik raket atıblar.

 

Yəmənin böyük hissəsinə nəzarət edən husilər noyabr ayından etibarən Qırmızı dənizə və Ədən körfəzinə onlarla pilotsuz təyyarə və raket zərbələri endirib və hücumlarını İsrail-Həmas müharibəsinə cavab aksiyası kimi qiymətləndiriblər.

 

“CENTCOM” bildirir ki, bazar ertəsi gecə və çərşənbə axşamı səhər saatlarında edilən son hücumlarda bir pilotsuz uçuş aparatı ələ keçirdi və ABŞ qüvvələri digər uçuş aparatını zərərsizləşdirə bildi.

 

“Bu silahların bölgədəki həm koalisiya qüvvələri, həm də ticarət gəmiləri üçün qaçılmaz təhlükə yaratdığı müəyyən edilib”, - bəyanatda deyilir.

 

İran dəstəkli Husi terrorçularından isə şərh yoxdur.

 

Üsyançıların hücumları ABŞ və Britaniya qüvvələrinin cavab zərbələri endirməsinə və Ədən körfəzi və Qırmızı dənizdən keçən həyati gəmi yollarını qorumaq üçün beynəlxalq koalisiyanın yaradılmasına səbəb olub.

 

 Şahin Elxanoğlu, 

Günaz.tv




Ana səhifəyə qayıt        Baxış: 3 075          Tarix: 8-05-2024, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma