Xəbər lenti

 

Cəlilabad rayon sakini Hafis Quluyev ötən gün rayondakı dükanlardan birindən 10 kq-lıq un alıb. 

Ovqat.com bildirir ki, evdə un kisəsi açıldıqdan sonra isə  unun içindən müxtəlif həşərat və qurdlar çıxıb.

Un kisəsinin üzərində məhsulun istehsal tarixi və saxlanma müddəti göstərilməyib. Hafiz Quluyev bu barədə unu aldığı mağaza sahibinə  müraciət etdikdə isə ona gülməli cavab veriblər.

Məsələ ilə bağlı biz də unun satıldığı dükanda olduq. Mağazanın işçiləri bu dəfə unu istehsal edən şirkətlə əlaqə saxladılar. Həmin şərkət isə ittihamla razılaşmadı. Bildirdilər ki, unun içindən qurd çıxa bilməz.

Ekspertlər bildirir ki, belə vəziyyətlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir. Unun içindən qurdların çıxması faktı təsdiqlənərsə istehsalçı şirkəti 1500 manata qədər cərimə gözləyir. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Evinə aldığı unun içindən qurd çıxdı




Ana səhifəyə qayıt        Baxış: 1 010          Tarix: 21-08-2017, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma