Xəbər lenti

 İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və ... öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

Axar.az Ailəm.az-a istinadən bildir ki, bunu uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl infeksiyanın insan düşüncəsinə təsirindən danışarkən deyib. O, infeksiyalardan danışarkən bir neçə fakta diqqət çəkib:

"Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.

Pişiklər haqqında bəzi maraqlı faktlar:

- Təbiətdə yayğın bir parazit vardır. Adı da toksoplazm.

- Toksoplazm həyatı boyunca 3 mərhələdən keçir. Məsələn, ipək qurdu kimi. Bu canlı həyatının bir hissəsini qurd, qalan hissəsini isə kəpənək kimi yaşayır. Toksoplazm da həyatı boyunca 3 mərhələ keçir.

- Toksoplazm istiqanlı heyvanların hamısına (insan daxil) yoluxur.

- Toksoplazm bütün həyat dövrünü tamamlamaq üçün ən az 2 qonaq dəyişməlidir.

- Toksoplazm yoluxmuş heyvanlarda qorxu hissi azalır, təhlükəyə və özünü öldürəcək hərəkətlərə meyl artır.

Məsələn, toksoplazm yoluxmuş siçan pişik sidiyinin qoxusuna tərəf gedir. Çünki pişik o siçanı yeyərsə, siçanın bədənindəki Toksoplazm sistləri pişik bağırsağında açılacaq və öz həyat dövrünü davam etdirə biləcək.

Alimlər pişiyə qarşı xüsusi məhəbbətin altında toksoplazm yoluxmasının yata biləcəyini araşdırmağa başladılar.

Faktlar:

- Toksoplazm beyində özünə yuva salır.

- Toksoplazm çoxalmaq üçün Dofamin və L-Dopa ifraz edir. Bunlar bütün istiqanlı heyvanlarda davranışı müəyyənləşdirən maddələrdir. Yəni toksoplazm heyvanın davranışına təsir etmə imkanına sahibdir.

- Toksoplazm yoluxmuş insanlarda daha çox şizofreniya, depressiya (xüsusilə bipolyar xəstəlik) görülür.

- Toksoplazm yoluxmuş insanlar daha çox yol qəzalarına (xüsusilə ölümcül) düşürlər.

- Toksoplazm yoluxmuş insanlar daha çox intihar edirlər.

- Toksoplazm yoluxmuş kişilər daha qısqancdırlar.

- Toksoplazm yoluxmuş qadınlar daha mehriban və qayğıkeşdirlər.

Çox qəribədir, toksoplazm yoluxmuş bütün fərdlər mikrobun yayılmasına xidmət edən davranışlar sərgiləyirlər:

- Siçanlar pişiyə tərəf gedir,

- İnsanlar özünü öldürür,

- Kişilər qısqanclıq böhranına girib həlak olma ehtimalı olan davalara girişirlər (cansız bədənini vəhşi heyvanlar yesinlər deyə),

- Qadınlar isə qayğıkeşliklə daha çox kişi cəzb edib, hamilə qalıb övladına infeksiyanı keçirməsi kimi.

Bu dediyim faktların hamısı elmi olaraq sübut edilibdir"




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 2-12-2017, 06:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma