Xəbər lenti

 

İnsan yaşlaşdıqca ürəyin fəaliyyəti zəifləyir, ürək çatışmazlığının riski artır. Adətən yaşl insanlara ürəyin fəaliyyətinin yaxşılaşdırması üçün xüsusi dərman preparatlarını təyin olunur.

Lakin alimlərin fikrinə görə, heç bir xərc çəkmədən də ürəyin vəziyyətini yaxşılaşdırmaq mümkündür.

Bunun üçün sadəcə daha çox hərəkət etmək lazımdır. Kardioloqların fikrinə görə, adi yerimə yaşlı insana ürəyin fəaliyyətini yaxşılaşdıran dərman preparatı qədər və hətta bundan artıq kömək edə bilər.

Yeriməyin sürəti burada böyük rol oynamır. Əsas odur ki, insan özünü rahat hiss etsin.

Saglamolun.az The Daily Mail-a istinadla xəbər verir ki, alimlər yaşı 50-79 arası olan 137 min qadın iştirakı ilə araşdırma aparıblar. Məlum olub ki, fiziki aktivlik ürək çatışmazlığının riskini 25% azaldır. Alimlərin fikrinə görə, fizki aktivlik dərman preparatları qədər effektlidir.




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 6-09-2018, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma