Xəbər lenti

 

Göz həkimləri uzman dr. Şahin Novruzlu və dr. Rəhimə Poluxova valideynləri uşqların göz xəstəlikləri ilə bağlı diqqətli olmağa çağırırlar.

Həkimlərin fikrincə, göz tənbəlliyinin ortaya çıxmasında göz həkimləri qədər valideynlərin də rolu böyükdür.

Həkim Şahin Novruzlu qeyd edib ki, stastik olaraq hər 100 uşaqdan üçündə göz tənbəlliyinə rast gəlinir: "Göz tənbəlliyi nə qədər erkən aşkarlanarsa, müalicəsi də bir o qədər uğurlu olur. Çünki müxtəlif elmi araşdırmalarda tənbəlliyin qalıcı müalicəsinin 10-12 yaşa qədər mümkün olduğu və müalicəyə nə qədər erkən yaşlarda başlanarsa, nəticənin də o qədər effektli olduğu göstərilib. Bunun üçün də uşaqların gözlərində gözlə görünən hər hansı patologiya olmazsa belə, oftalmoloq müayinəsindən keçməlidirlər".

Doktor Rəhimə Poluxova isə deyir ki, ilk göz müayinəsi 6 ay-1 yaş arasında olunmalıdır. Əgər gözlərdə hər hansı bir qüsur aşkarlanmazsa, 3-5 yaş arası və 7 yaşında təkrar göz muayinəsi  lazımdır: "Ambliopiya görüntünün gözdən beyinə tam şəffaf ötürülməməsi nəticəsində yaranır. Hər iki gözdən gələn görüntü beyində görmə mərkəzində birləşir. Hər hansı bir səbəblə bir gözdən beyinə gedən görüntü daha zəif olarsa, həmin göz tənbəl qalır, digər gözün isə görmə mərkəzi normal inkişaf edir. Tənbəllik daha çox təktərəfli olur, bəzi xəstəliklərdə isə hər iki göz də tənbəl qala bilir. Vaxtında eynək ehtiyacı təmin olunmayan tənbəl gözlər anatomik olaraq tam normal olur. Bu səbəblə də valideynlər tərəfindən hiss olunmur və müayinəyə ehtiyacı olduğuna etinasız yanaşılır. Nəticədə gözündə heç bir problem olmadığını düşündüyünüz gözlər belə tənbəl qala bilir".

Həkimlərin qənaətincə, hazırda göz tənbəlliyinin düzgün eynəklə, qapama və pleoptik müalicə ilə aradan qaldırılması mümkündür. \\Milli.Az




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 31-10-2018, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma