Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Modern.az dünyanı cənginə almış və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası haqqında Azərbaycan Tibb
Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikirlərini öyrənib.
- Rafiq müəllim, COVİD-19 infeksiyasının əsas yoluxma yolu hansıdır?
- COVİD-19 infeksiyasının əsas yoluxma yolu hava damcı yoludur. Ona görə də bu infeksiyanın yayılmasının qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, insanlarla təmasdan uzaq olmaq (1,5-2m sosial məsafənin saxlanılması) və qapalı məkanlarda, insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etmək vacibdir.
- Bu viruslar dözümlüdür?
- COVİD-19 infeksiyası dezinfeksiyaedici maddələrə və ətraf mühit faktorlarına qarşı o qədər də dözümlü deyil. Belə ki, COVİD-19 virusları 33 dərəcədə 16 saat, 56 dərəcədə 10 dəqiqə, bağlamalarda 48 saat, suda 9 saat həyat fəaliyyəti qabiliyyətini saxlayır. Bu viruslar 70%-li spirtin təsirindən 2 dəqiqəyə, 85-90%-li spirtin təsirindən isə 30 saniyəyə məhv olur. Bu infeksiyanın əsas təhlükəliliyi sürətlə yayılmasıdır.
- Bu virusa yoluxmanın əsas diaqnostik üsulları hansıdır?
- COVİD-19 –a yoluxmanın diaqnostikasında ağız-udlaq və burun-udlaqdan götürülən materialın PZR müayinəsi (xəstəliyin ilk həftəsində daha informativdir və yoluxmanın 7-8-ci günü informativliyi max. olaraq 80% təşkil edir) və döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası (98% informativdir və təxminən xəstəliyin başlamasından 1 həftə sonra daha xarakterikdir) daha əhəmiyyətlidir. Bəzi hallarda ( müayinə materialı düzgün götürülmədikdə, infeksiya aşağı tənəffüs yollarına və ağciyərlərə yayıldıqda ağız-udlaq və burun-udlaqdan götürülən materialın PZR müayinəsi neqativ ola bilər. Belə halda virusun təyini bronx alveolyar yuyuntu və bəlğəmin müayinəsi vasitəsilə ola bilər. Yaxud, diaqnostika üçün döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası edilə bilər.
- İnsanlar hansı əlamətlər olduqda bu infeksiyaya yoluxmadan şübhələnib həkimə müraciət etməlidirlər?
-COVİD-19 –un inkubasiya müddəti, yəni infeksiyaya yoluxduqdan əlamətlərinin yaranmasınadək olan müddət 2-14 gün (əsasən 5-7 gün, bəzən isə 21 gün) təşkil edir. COVİD-19-a yoluxmuş şəxslərin 80-81%-i (yeni məlumatlara görə 85-87%) xəstəliyi simptomsuz keçirir. Yoluxanların 15-16%-i xəstəliyi ümumi, yüngül intoksikasiya və zökəm əlamətləri ilə (temperaturun 37-38 C olması, iybilmə və dadbilmə hissinin itməsi, başağrısı, iştahasızlıq, diareya, boğaz ağrısı və qıcıqlanması, öskürək, burun axması və tıxanıqlığı, kürək nahiyyəsində ağrı və s.) keçirir. Yoluxanların təxminən 4%-də xəstəlik ağır və xüsusilə, tənəffüs çatışmazlığı ilə keçir ki, bunlar da daha çox yaşlı (65-dən çox), yanaşı xəstəliyi (şəkərli diabet, ürək qan-damar sistemi, ağciyər, böyrək və s. patologiyaları) olan xəstələrdir. Qeyd edim ki, bu infeksiyanın insanların sağlamlığına ən böyük mənfi təsirlərindən biri də psixonevrolojidir.
COVİD-19 olan xəstələrin bəzilərində klinik əlamətlərin təzahürü ilə ağciyər toxumasının zədələnmə dərəcəsi müxtəlif ola bilir. Bəzən, xüsusilə gənc insanlarda ya klinik əlamətlər heç olmur, ya da yüngül klinik əlamətlərlə (məs. yalnız bir gün temperatur 37,2-37,50C-dək yüksəlib) müşahidə olunduğu halda, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında ağciyərlərdə yayılmış- “buzlu şüşə” görüntüsü olur. Belə xəstələr epidemioloji baxımdan daha təhlükəli olub, coxsaylı insanların yoluxmasına səbəb ola bilər.
- Son vaxtlar kompüter tomoqrafiyada “buzlu şüşə” olan kimi virusa yoluxma olduğunu qeyd edirlər. Bu doğrudurmu?
- Qeyd edim ki, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasının nəticələrində qeyd edilən ağciyərlərdə ’’buzlu şüşə’’ termini yeni deyil və yalnız virus pnevmoniyalarında deyil, digər mənşəli (vərəm, qeyri-spesifik bakterial) pnevmoniyalarda da müşahidə edilən və ağciyərlərin bronx-damar şəklinin saxlanılması ilə iltihabi proses nəticəsində ağciyər toxumasının sıxlaşmasının kompüter tomoqrafik götüntüsüdür. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında xüsusilə hər iki ağciyərin, daha çox aşağı paylarını əhatə edən xarakterik “buzlu şüşə” görüntüsünün və digər əlamətlərin olması (iybilmə və dadbilmə hissinin itməsi, temperaturun yüksəlməsi, öskürək, diareya və s.) COVİD-19 un diaqnostikasında əhəmiyyətlidir.
- Bu infeksiyanın müalicəsi mümkündürmü?
- Hazırda dünyada COVİD-19 infeksiyasına qarşı effektivliyi təsdiq edilmiş spesifik müalicə (dərman preparatları) və spesifik profilaktika üsulu (vaksin) yoxdur. Aparılan müalicə mövcud antiviral preparatlarla COVİD-19-a dəqiq məlum olmayan, mümkün təsir, aktibakterial preparatlarla immunosupressiv vəziyyətdə olan orqanizmdə bakterial infeksiyasının inkişafının qarşısının alınması, patogenetik (immunostimulyator, antikoaqulyantlar, ferment preparatları və s) və simptomatik (öskürək əleyhinə, bəlğəmgətirici, bronxgenəldici) preparatlarla bu virusun ağırlaşmalar törətmədən orqanizmdən eliminasiyasına nail olmaq üçündür.
- COVİD-19-la mübarizədə nəyə xüsusi fikir verilməlidir?
-Bu infeksiyasının yayılmasının qarşısını almaq üçün atılan addımlar infeksiya mənbəyinə və yoluxma yoluna qarşı olmalıdır. İnfeksiya mənbəyinə qarşı görülən tədbir COVİD-19 infeksiyasına yoluxmuş və ya xəstələnmiş şəxslərin izolyasiyası, müalicəsi və onunla təmasda olanların kontrol müayinə və izolyasiyasının aparılmasıdır. İnfeksiyanın yoluxma yoluna qarşı aparılan tədbirlər içərisində şəxsi gigiyena qaydalarına riayət etmək, əhalinin sıx olduğu yerlərdən mümkün qədər uzaq olmaq, sosial məsafənin (1,5-2m) qorunması və qapalı məkanlarda qoruyucu maskaların istifadə edilməsi çox vacibdir. Amma COVİD-19, o cümlədən digər tənəffüs infeksiyaları ilə yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi kimi sadə deyil, ciddi yanaşma tələb edir. Digər tərəfdən infeksiya ilə yoluxmuş şəxslərin hamısı xəstələnmir, xəstələnənlərdə isə xəstəliyin gedişi müxtəlif olur. Bu yoluxmuş orqanizmin fərdi xüsusiyyətlərindən də (immun sistemin vəziyyəti, yanaşı xəstəliklər, irsi faktorlar və s.) asılıdır. Ona görə də hazırki pandemiya dövründə COVİD-19 infeksiyası ilə mübarizədə orqanizmin immun qabiliyyətinin normal saxlanılması da (normal qidalanma, normal gün rejimi-istirahət, normal yuxu, soyuqlamadan, stresdən qorunmaq və s.) vacibdir. Son vaxtlar COVİD-19 infeksiyası ilə bağlı insanlar özünümüalicə və özünüprofilaktika ilə (venadaxili infuziyalar, virus əleyhinə preparatların qəbulu) məşğul olurlar. Qətiyyən düzgün deyil. Əgər xəstəlik varsa. müəyyən edilib mütəxəssis tərəfindən müalicə olunmalıdır. Özünüprofilaktika məqsədi ilə antiviral preparatların qəbulu doğru deyil, çünki bu yoluxmanın qarşısını almır və digər tərəfdən də həmin preparatın qeyd edilən virusa qarşı effektivliyi də bəlli deyil. Amma bu preparatlar çox toksikidir və ehtiyac olmadıqda, həkim təyinatı olmadan qəbulu ciddi fəsadlarla nəticələnə bilər.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar