Xəbər lenti


İngiltərə mediası Avropa Birliyi diplomatlarının peyvəndlə bağlı “watsap” mesajlarını əldə edib. Mesajlardakı iddialar qısa müddətdə Avropanın gündəminə çevrilərək peyvənd böhranını daha da dərinləşdirib. Belə ki, ingilis mətbuatı tərəfindən irəli sürülən iddiaya görə, diplomatların yazışmalarında Almaniya və Fransanın peyvəndlərin əksəriyyətini özlərinə saxladığı bildirilib və bu ölkələr ittiham edilib.

Yazışmalarda “Peyvənd İttifaqı”na daxil olmayan bəzi üzv ölkələrin bu vəziyyəti təhdid kimi qəbul etdikləri barədə məlumatlar da yer alıb. “English Express” qəzetinə görə, bir AB diplomatı yazışmada “ABŞ-la rəqabətə girmək onsuz da qorxunc görünürdü, eyni vaxtda ittifaqla rəqabət etmək daha da qorxuncdur” - deyərək Avropada peyvəndlərin qeyri-bərabər paylanmasına diqqət çəkib.

Xatırladaq ki, keçən ilin iyun ayında İtaliya, Almaniya, Fransa və Hollandiya Covid-19 peyvəndi üçün ittifaq müqaviləsi imzalamışdılar.

Güntəkin
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 042          Tarix: 9-04-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma