Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan ştammı (delta ştammı) var. Virus gözəgörünməzdir, gömrükdən keçmək kimi xüsusiyyətləri var.
Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a tibb professoru Ədalət Rüstəm deyib. Onun sözlərinə görə, Hindistan ştammı daha təhlükəlidir:
"Yoluxuculuq qabiliyyəti ən azı 2 dəfə yüksəkdir. Delta ştammının uşaqlara yoluxması ilə bağlı elmi araşdırmaları hələ ki, yoxdur. Yeni ştammdır,
nəticələr məlum deyil. Vaxtsız olduğu üçün tədqiqatlar aparılmayıb".
Vaksinin delta ştammı üçün effektli olacağını bildirdirən professor üçüncü doza ilə bağlı danışmağın tez olduğunu deyib:
"Hələ birinci doza vaksinasiya bitməyib. Birincisini bitirə bilmədiyimiz halda üçüncü doza haqqında fikirləşmək düzgün deyil. Əhalinin cəmi 15 faizi
peyvənd olunub. Kimlərdə ki, immunitet zəifdir, 6 ay, bir il sonra müayinə olunduqdan sonra üçüncü doza vaksin vurula bilər. Onların immuqlobin
göstəricisi nəzarət altında olmalıdır".
Ədalət Rüstəm "Sərt karantin rejimi ilə bağlı gözləntiniz varmı" sualına belə cavab verib:
"Situasiyanın gedişindən asılıdır. Karantin rejimi qalıb, ləğv olunmayıb. Yoluxma halları artarsa, yenidən sərtləşmələr ola bilər".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar