Xəbər lenti
 

Naxçıvan MR Respublika xəstəxanasında “torpaqbasdı parası” 5 manatdan 17 manata qaldırılıb.
 
Ovqat.com-un məlumatına görə, bundan əvvəl bu məbləğ cəmi 5 manat idi. 
 
Sığortalı xəstələr üçün ayrılmış mərtəbəyə daxil olan istənilən şəxs bu məbləği ödədikdən sonra içəri buraxılırdı. Şikayətçilərin bizə verdiyi məlumatı ictimailəşdirilməsindən sonra Naxçıvan Respublika Xəstəxanası bu sahədə önəmli “islahat”lar aparıb. Hazırda “torpaqbasdı” parasının gizli toplanması dayandırılıb. Onun əvəzinə xəstələrdən rəsmən müayinə pulu yığılır və müayinə pulu 17 manatdır. 
 
Bildirildiyinə görə, bu zamanadək sığortalı xəstələrdən hər hansı müayinə pulu yığılmırdı. İndisə istinasız olaraq hər kəs 17 manatını ödəyib həkimin yanına girə bilər.
 
Xəstəxanadakı qaynağımızdan aldığımız məlumata görə, səhiyyə ocağının həkim kollektivi indiyədək maaş və bonuslarını da ala bilməyiblər. Bonuslar sığortadan alınan vəsaitdən həkimlərə ayrılırdı. İndisə həkimlər bonuslardan da məhrum olublar.
 
İddialara görə, aparılan maliyyə yoxlamaları nəticəsində xəstəxananın dövlətə 4 milyon borcu ortaya çıxıb. Baş həkim Zəbur Bağırovun üzərinə həmin məbləği büdcəyə qaytarmaq öhdəliyi qoyulub. Maaşların, bonusların verilməməsi, hər xəstədən 17 manat müayinə haqqı yığılması kimi yeni tətbiq olunan qaydalar da məhz bununla əlaqələndirilir.


Ana səhifəyə qayıt        Baxış: 7 481          Tarix: 13-02-2022, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma