Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsindən verdiyi xəbərə görə, Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında  İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilib.

Qərar artıq qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.\\APA




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 7-10-2019, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma