Xəbər lenti

Yevgeni Çistov

The Guardian (Böyük Britaniya), 09.12.2018

 

Mən  həmişə “düşmənimin düşməni dostumdur” prinsipiylə hərəkət etmişəm. Ola bilsin, ABŞ Rusiyanın düşmənidir, amma mən öz ölkəmi çox sevirəm. Lakin Rusiyanın indiki rəhbərliyini Rusiya xalqının düşməni sayıram. Vladimir Putin və yaxınları ölkəmizi talayır və xalqa zülm edirlər.  Rüşvətxorluq və zorakılıq hər yerdədir. Rusiyalılar qorxudulub və dövlət tərəfindən cəzadan xoflanırlar. Ölkəmiz resurslarla zəngindir, amma xalqımız yoxsuldur.

Buna görə bir dost kimi ABŞ-a yardım etməyi kəsdirdim. Mən Rusiya DİN zabiti olmaqla MKİ agentlərinə mlumat verməyə başladım. Nazirliyin məxfi planları haqda onlara danışdım, FTX-nin bəzi əməkdaşlarının adlarını onlara ötürdüm, hətta Rusiya Müdafiə Nazirliyinin bəzi məqsədlərini açdım. Mən duyurdum ki, hökumətə qarşı mübarizədə ölkəmin daxilindən yardım edə bilərəm. Mən ürəkdən hesab edirdim ki, Putin rejimi devrilməsə, rus xalqından yaxşı heç nə çıxmayacaq. Sonra isə məni yaxaladılar.

Məni dörd il qabaq tutub və Moskvanın Lefertovo həbsxanasına qapayıblar – İosif Stalin siyasi dustaqları məhz ora qatmağa üstünlük verib. Şərait dəhşətliydi. Məni ağlasığımaz soyuq olan və qışda istliyi bili-bilə kəsdikləri hücrədə saxlayırdılar. Heç bir tibbi yardım almırdım. FTX əməkdaşları məni qorxudur, nəticədə öləcəyim bədbəxt hadisə quraşdıracaqlarıyla hədələyirdilər. Məndə indiyədək nevroz var. 2016-nın martından Nijeqorodsk vilayətinin Bor şəhərində 11 saylı islah düşərgəsindəyəm. Hücrədə məndən savayı daha 12 başqa kişi var. Dustaqlara qoxumuş kələm şorbası yedirirlər. Mən insan haqları üzrə Avropa məhkəməsinə hücrələrdə adam çoxluğu kimi problemlə bağlı şikayət etmişəm. Mənim ərizəmə baxılır.

İndiki anda dövlətə xəyanətə görə məhkum etdikləri 13 illik həbs müdətimin dörd ilə yaxınını çəkmişəm. Məni sirrləri pula satmaqda ittiham ediblər, amma belə deyil. ABŞ-ın xeyrinə etdiyim cinayət nəticəsində Rusiyada məni və ailəmi ciddi təhlükə gözləyir. Amma düşünürəm ki, Donald Tramp yardım edə bilər.

Rusiyada mənim kimi öz həyatını riskə qoyaraq ABŞ hökuməti və kəşfiyyat xidmətlərinə yardım edib və sonda həbsə düşüblər. ABŞ həbsxanalarında Rusiyaya işləmiş adamlar var. Mən mübadilə aparmaq çağırışıyla prezidentə üz tutmaq istəyirəm.

Mənim valideynlərim təqaüdçüdür və ağır maddi durumdadırlar. Anam yenidən işə çıxmalı olub, çünki onların təqaüdü dərmana bəs etmir. FTX əməkdaşları arvadımı artıq sorğulayıblar. O, turist vizası almaq üçün ABŞ-ın Ukraynadakı səfirliyinə yollanıb. Ancaq ərizəsi rədd edilib və hərbçilərin həmlə edərək onu qorxutduğu evə dönməyə məcbur olub. Mən yardım üçün MKİ-yə iki məktub yazmışam, amma cavab almamışam.

Bununla belə, ailəm ABŞ-da güvəndə yaşaya bilərdi. Mən Trampı arvadım və anama ABŞ-da sığınacaq verməyə çağırıram. Mən hesab edirəm ki, ABŞ və Rusiya arasında münasibətləri diplomatik səviyyədə yoluna qoymaq gərəkdir və əslində, Trampın bu məsələ üzrə mövqeyi düzgündür. Konstruktiv addımlar və dostluq münasibətləri  Rusiya və ABŞ xalqlarına xeyir gətirər.

***

(Rusiya qaynaqlarının qeydi: 2015-ci il noyabrın 12-də DİN Moskva vilayəti üzrə Baş İdarəsinin keçmiş əməkdaşı Yevgeni Çistov Moskva vilayət məhkəməsi tərəfindən casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinib (RF CM-nin 275-ci maddəsi). O, məhkəmə qərarıyla ciddi rejimli həbs düşərgəsində yatmaqla 13 il müddətinə azadlqıdan məhrum edilməyə məhkum olunub. Müəyyən edilib ki, Çistov 2011-ci ildə Rusiya DİN qurumlarında qulluq edəndə təmənnalı niyyətlə hərəkət edərək ABŞ-ın MKİ ilə təşəbbüslü təmas qurub. Amerika kəşfiyyatı tərəfindən ələ alınaraq və onun tapşırıqlarını yerinə yetirərək üç il boyunca pul mükafatı əvəzində xidmət üzrə çıxışı olan məlumatların – o cümlədən dövlət sirri təşkil edənlərin – toplanması və xaricə ötürülməsini həyata keçirib).

 

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 676          Tarix: 10-12-2018, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma