Xəbər lenti

 

Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır.

Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?

Ovqat.com bildirir ki, ilahiyyatçı Mirhəmid Məmmədov deyir ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır. Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.

Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər.

Mirhəmid Məmmədov deyir ki, əgər bu kreditlər faizlidirsə, yəni bir şəxs gələcəkdə götürdüyü puldan artığını ödəməli olacaqsa, bu, haram sayılır və belə pulla qurbanlıq heyvan almaq olmaz. Həmçinin tək heyvan almağa imkanı olmayanlar, 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır.

İstənilən halda əgər imkan varsa bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır. Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir. /xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 24-08-2017, 23:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent