Xəbər lenti

 

Bu gün Xaçmaz rayonunda antisanitar şəraitdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən daxil olan məlumata görə, Xudat şəhəri, H. Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və  sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub. 

İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna  təhvil vermək məqsədi ilə gətirdiyini bildirib. 

Avtomobildə aşkar edilmiş ətindən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilində aşkarlanan 500 kq çəkisində olan şaqqalara ayrılmış heyvan ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək. 

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 108          Tarix: 9-06-2017, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma