Xəbər lenti

Qətərin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını ictimaiyyətə təsir göstərmək və ölkədə rejim dəyişikliyinə cəhd göstərməkdə ittiham edib.

“Report” xəbər verir ki, müvafiq bəyanatla Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdül Rəhman ət-Tani çıxış edib.

"Biz görürük ki, (Səudiyyə Ərəbistanı. - Report) hökuməti rejimin dəyişdirilməsindən danışır. Biz hakimiyyətin insanları necə gedib öz hökumətlərinə etiraz etməyə çağırdığını görürük, burada söhbət hakimiyyət dəyişikliyindən gedir", — deyə Ət-Tani CNBC-yə müsahibəsində bildirib.




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 18-10-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma