Xəbər lenti

                                                           

Moldova parlamentinin deputatları iki oxunuşda birdən, respublikada Rusiya telekanallarının fəaliyyətini məhdudlaşdıran qanun layihəsini qəbul ediblər.

«Sputnik Moldova»xəbər verir ki, sənədin qəbununa 61 deputat səs verib. Qanun layihəsinin əleyhinə kommunist və sosialist partiyalarının nümayəndələri səs veriblər.

Qanun laihəsi Radio və televiziya Kodeksinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Onu Moldova Demokratik Partiyasından (MDP) olan və çoxluq təşkil edən parlament fraksiyası hazırlayıb.

Sənədin mətnində izah olunur ki, o, «xaricdən qaynaqlanan, dövlətin və onun vətəndaşlarının informasiya təhlükəsizliyinə ziyan vura biləcək təbliğat və manipulyasiyalarla mübarizə aparmağı» nəzərdə tutur.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 7-12-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma