Xəbər lenti

                                               

İngiltərənin Brayton şəhərində azərbaycanlı Heydər Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyası geri alınıb.

Buna səbəb mağazada sistemli şəkildə saxta alkaqollu içkilərin satılması və mağaza sahibinin adının “kriminal fəaliyyətlərə”  qarışmasıdır.  
“İnternational Food Wine Beer” adlı mağaza barədə polisə və ticarət Departamentinə yerli sakinlər tərəfindən şikayətlər hələ bir neçə ay əvvəldən daxil olmuşdu. Belə şikayətlərdən birinə əsasən mağazada saxta “Hennesy” konyakı satılıb.Eləcə də yerli sakinlər yaşayış rayonunda alkaqollu içkilər satılan mağazanın gecə saat 3-ə qədər işlədiyindən, nəticədə mağazadan içki alıb içən sərxoşların gecə saatlarında sakinləri narahat etdiyindən, bu ərazidə tez-tez kriminal hadisələr baş verdiyindən şikayətlənirdilər.

219615_src 

Bu şikayətlərlə bağlı polis və ticarət rəsmiləri mağazanın sahibi Heydər Paşazadəni axtarıblar. Lakin ona dəfələrlə ismarıc göndərilsə də Paşazadə söhbətdən yayınıb. İşçiləri isə onun gah Türkiyəyə toya getdiyini, gah Azərbaycanda ezamiyyətdə olduğunu deyiblər. Nəhayət Paşazadə polislə əlaqə saxlayıb, onlara deyib ki, guya xəbərdarlıq ismarıclarını almayıb və məsələdən xəbəri yox idi.

Bu mağaza əvvəllər Doğan Bilgic adlı türkə məxsus olub. Həmin vaxtlar da mağaza alkaqollu içkilərin  və ərzağın satışına dair lisenziyanın şərtlərini dəfələrlə pozub. Bu ilin iyul ayında mağazada növbəti dəfə pozuntular aşkarlananda polis Bilgiclə əlaqə saxlayıb. Amma o bildirib ki, biznesini ötən il satıb. Mağazanın meneceri Mustafa Dönmez həmin ay Heydər Paşazadənin adına yenidən lisenziya alınması üçün sənədləri təqdim edib.

219616_src

Sakinlərin şikayətlərinin davam etməsi ilə bağlı polis Paşazadəni və Dönməzi axtarıb. Avqust ayında Londondan olan şef-aşbaz Müslim Dönməz polisə bildirib ki, mağazanın faktiki sahibi odur və bu biznesə 175 min funt sterlinq yatırıb. Paşazadə və Mustafa Dönməz  isə onun dostlarıdır, mağazanı onlara işlətməyə verib. Mustafa Dönməz isə polisə məlumat verib ki, Paşazadə Türkiyəyə toya gedib və onu axtaran polis zabitinin telefonuna məsələ ilə bağlı səsli ismarıc yollayıb. Lakin polis zabiti belə bir ismarıc almadığını bildirib.

Nəhayət ötən həftə şəhər bələdiyyə şurasının lisenziyalar qrupu mağazanın məsələsinə baxıb və Paşazadənin iştirakı olmadan qərar çıxarıb. Qərara əsasən mağazanın lisenziyası geri alınıb.

219614_src

Lisenziyalaşdırma üzrə qrupun rəhbərinin müavini Adrian Morris bildirib ki, o, hələ bu cür kobud qanun pozuntuları ilə rastlaşmamışdı. “Mən nəinki saxta alkaqollu içkilərin satışı barədə məlumatlardan şoka düşmüşəm, eyni zamanda mağazada baş verən saxtakarlıq və cinayətkar fəaliyyətlə bağlı heyrətə gəlmişəm. Öz karyeram boyu hələ belə halla qarşılaşmamışdım”-o deyib.

Bildirilir ki, mağazanın lisenziyanın şərtlərini kobud şəkildə pozaraq yetkinlik yaşına çatmayanlara pivə satdığı, eləcə də orada xarici ölkələrdən gətirilmiş saxta alkaqollu içkilərin saxlanıldığı, vaxtı keçmiş ərzaq mallarının satıldığı ilə bağlı faktlar aşkarlanıb.//Virtualaz.org

 




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 9-12-2017, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma