Xəbər lenti

 Xəzər rayonunda ərzaq mağazasında yanğın olub.  

 Lent.az-ın Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan ərzaq mağazasının  yanar konstruksiyaları  və içərisinə yığılan ərzaqlar yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m2 sahədə əriyib. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 06:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 29-07-2017, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma