Xəbər lenti

Özbəkistan ABŞ -la böyük məbləğdə saziş imzalayacaq.

Strateq.az RİA-ya istinadən bildirir ki, prezident Şavkat Mirziyayevin bu həftə planlaşdırılan Vaşinqtona səfəri zamanı 4 milyard dollar məbləğində saziş bağlanacaq. Bu barədə amerikan-özbək ticarət palatasının sədri Kerolin Lemm bildirib.

Mətbuat xidmətinin açıqlamasına görə, Ş.Mirziyayev 15-17 may tarixlərində ABŞ-a ilk səfərini edəcək. Tərəflər sənədlər paketini imzalamağa hazırlaşırlar. Lemmin sözlərinə görə, paketə ticarət, kommersiya və investisiya sahələrinə aid sənədlər daxildir. Ən perspektivli istiqamət neft-qaz sahəsi və əlvan metallurgiyadır.

 




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 14-05-2018, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma