Xəbər lenti


Aprelin 26-da Ermənistanın parlament müxalifətinin nümayəndələr - “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan və “Mənim şərəfim var” alyansı fraksiyasının katibi Tiqran Abramyan Aİ-nin bu ölkədəki nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosla görüşüblər. 

 

Ovqat.com-un məlumatına görə, erməni deputatlar öz ənənəvi xislətlərinə sadiq qalaraq avropalı qonağa Azərbaycanın Qarabağ ermənilərinin “başına gətirdiyi müsibətlərdən şikayətləniblər. 

 

Onlar Qarabağdan olan məcburi köçkünlərin problemlərindən və Azərbaycan həbsxanalarında saxlanılan erməni əsirlərin geri qaytarılmasının vacibliyindən danışıblar.

 

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesinə toxunan müxalif deputatlar hakim siyasi qüvvənin mövqeyindən fərqlənən nöqteyi-nəzərlərini qonağın diqqətinə çatdırıblar.

 

Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbərinin cavabı isə böyük ehtimalla, erməni deputatları xəyal qırıqlığına uğradıb. Qonaq Aİ-nin Ermənistanla səmərəli əməkdaşlığa toxunub və Ermənistanda həyata keçirdiyi yardım proqramlarından danışıb. Qarabağdan olan məcburi köçkünlərin vəziyyətinə toxunan Vasilis Maraqos deyib: “Biz humanitar yardım göstərməklə onların (Qarabağ ermənilərinin) ehtiyaclarını ödəməyə çalışırıq. Bu günədək Aİ-yə üzv dövlətlər və Avropa İnstitutları bu ehtiyaclar üçün 60 milyon avrodan çox vəsait ayırıblar”.

 

Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinə gəlincə qonaq qeyd edib ki, Aİ Ermənistan və Azərbaycan arasında gedən sülh prosesini dəstəkləyir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 092          Tarix: 27-04-2024, 07:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma