Xəbər lenti

Britaniyada rusiyalı keçmiş casus Sergey Skripal və qızının zəhərlənməsindən öncə kəşfiyyat missiyasına çıxmış üçüncü rusiyalı hərbi kəşfiyyat zabitinin kimliyi müəyyənləşdirilib. “The Telegraph” qəzeti sentyabrın 27-də yazıb ki, antiterror polisi və təhlükəsizlik xidmətləri həmin agentinin kim olduğunu aşkarlayıblar.

Bu rusiyalının Solsberi şəhərinə keçmiş agentə hücum planına kömək məqsədilə getdiyi bildirilir. Ondan sonra iki həmkarı hərbi dərəcəli Noviçok sinir qazını Britaniyaya aparıblar. Bu qaz Sovet İttifaqında hazırlanıb.

Martın əvvəlində 67 yaşlı Skripal və qızı, 34 yaşlı Yulia skamyada huşsuz vəziyyətdə tapılıblar. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Daun Sturgess zəhərin qalığı ilə təmasda olandan sonra dünyasını dəyişib, partnoyu xəstəxanaya düşüb. Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb. Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 28-09-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma